Zoran Qayiç: Bakıda məğlubiyyətin əvəzini çıxmalıyıq
19.12.2011 - 11:19
“Biz ötən həftə İstanbuldakı oyunda potensialımızı göstərmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Rabitə”nin baş məşqçisi Zoran Qayiçə məxsusdur.
Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Fənərbaxça”ya səfərdə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu cavab matçında bunu unutdurmağa çalışacaq. Serbiyalı mütəxəssis bildirib ki, azarkeşlər ikinci görüşdə tam fərqli oyun izləyəcəklər: “Düzdür, İstanbulda baş tutan həmin matçda böyük məyusluq yaşadıq. Ancaq biz toparlanıb, məğlubiyyətin əvəzini çıxmalıyıq. İndi əsas məqsədimiz yüksək məhsuldarlığı təmin etməkdir. Bunun nəticəsində qalib gəlib, məmnun ola bilərik”.
Qeyd edək ki, cavab oyunu sabah “Sərhədçi” Olimpiya Mərkəzində saat 17:00-da başlayacaq.

0
0