Nataşa Osmokroviç: Bu dəfə tam fərqli oynayacağıq
19.12.2011 - 12:08
Nataşa Osmokroviç: Bu dəfə tam fərqli oynayacağıq
“Qarşıdakı oyunda ən yaxşı keyfiyyətlərimizi göstərmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Nataşa Osmokroviç deyib.

Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın ən güclü klubu “Fənərbaxça” ilə cavab oyununu keçirəcək. “Rabitə”nin xorvatiyalı legioneri bu görüşə dönüş nöqtəsi kimi baxır.

O bildirib ki, yerli azarkeşlər önündə İstanbuldakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar: “Çünki ötən həftə buna nail ola bilməmişik. İstanbuldakı uğursuzluğu üzərimizdən atmışıq. Qarşılaşmaya psixoloji cəhətdən hazır çıxacağıq. Yəni, bu dəfə tam fərqli oynayıb, evdə fanatlarımızın dəstəyi altında gözəl oyun nümayiş etdirmək istəyirik”.

Qeyd edək ki, ilk oyunda “Fənərbaxça” 3:0 hesabı ilə qalib gəlib və vahid liderliyə yüksəlib.