Bakıda mətbuat konfransından qaçdı, Türkiyədə danışdı - FOTO
19.12.2011 - 12:45
“Biz həqiqətən də Bakıda çox pis oynadıq. Həmin məğlubiyyəti yetirmələrimə unutdurmaq üçün çox söhbətlərim olub. Biz cari mövsümdə oyunumuzdan qane olmamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Vakıfbank TTelekom” voleybol klubunun baş məşqçisi Covanni Quidettiyə deyib.
Çempionlar Liqasının III turunda Bakıda “Azərreyl”ə uduzan (0:3) analoji yarışın son qalibinin italiyalı çalışdırıcısı nəhayət ki, danışıb. Paytaxtımızda mətbuat konfransına gəlməyən Quidetti bildirib ki, sabah keçiriləcək cavab oyununda qisaslarını alacaqlar: “Son çempionat oyunumuzda öz qələbə istəyimizi göstərdik. Mən əminəm ki, sabah axşam “Azərreyl”ə də qalib gəlmək arzumuz reallaşacaq”.

0
0