“Rabitə” üçün avstriyalı
19.12.2011 - 12:53
Çempionlar Liqasının qrup mərhələsinin IV turunun oyunlarını idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) dekabrın 20-də Bakıda baş tutacaq “Rabitə” – “Fənərbaxça” oyununda ədaləti qorumağı avstriyalı Harald Sodjaya tapşırıb. Ona köməkliyi Viktor Kozlovski (Ukrayna) edəcək.
Həmin gün İstanbulda “Vakıfbank TTelekom”un qonağı olacaq “Azərreyl” isə görüşə Qoran Qradinskinin (Serbiya) start fiti ilə başlayacaq. İkinci referi funksiyasını sloveniyalı Marko Seyfrid yerinə yetirəcək.

0
0