Onlar Bakıda uduzmur...
19.12.2011 - 16:02
Onlar Bakıda uduzmur...
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, IV turda Bakının “Rabitə” klubu Türkiyənin “Fənərbaxça” klubunu qəbil edəcək.

Təmsilçimiz oyuna revanş üçün çıxacaq. Çünki səfərdə 0:3 hesabı ilə uduzan komandamız Bakıda azarkeşləri önündə bu məğlubiyyəti unutdurmağa çalışacaqlar. Bundan əlavə, son dünya çempionlarının duelundə qələbə “Rabitə”yə çox vacibdir. Komandamız bu dəfə də xal itirərsə, qrup lideri olmaq şansını itirəcək. Bu isə Zoran Qayiçin yetirmələrinə sərf etmir. Belə olan halda, Azərbaycan çempionu pley-offda kifayət qədər güclü rəqiblə mübarizə aparmalı olacaq.

Komanda isə bunu çox yaxşı dərk edir. Artıq psixoloji gərginliyi başından atan voleybolçularımız “Fənərbaxça” ilə qarşılaşmada bütün güclərini ortaya qoyacaqlarını açıqlayıblar. Çempionlar Liqasının ötən mövsümündə Bakıda məğlubiyyət acısı yaşamayan “Rabitə”nin bu dəfə də fanatlarına qələbə sevinci bəxş edəcəyi proqnozlaşdırılır. Bakıda baş tutacaq “Dördlər finalı”na xüsusi rəng qatmaq üçün isə həmyerlilərimizin bu məsuliyyətin öhdəsindən gəlməlidirlər.

IV tur

17:00. “RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ)
Hakimlər: Harald Sodja (Avstriya), Viktor Kozlovski (Ukrayna)
“Sərhədçi” Olimpiya Mərkəzi

İlk oyun
“FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - “RABİTƏ” (AZƏRBAYCAN) - 3:0 (25:20, 29:27, 25:18)

Fənərbaxça3309-0229-1789
Rabitə 3 3 0 6-3 215-190 6
Myulhaus3123-7196-2403
Dresdner3031-9208-2040


Qeyd edək ki, qrupumuzun digər oyununda “Myulhaus” (Fransa) “Drezdner”i qəbul edəcək.