“Azərreyl”dən növbəti transfer bombası
20.12.2011 - 10:17
Bakının “Azərreyl” klubu növbəti transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, 3 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “dəmiryolçular” Polşa milli komandasının voleybolçusu Karolina Koseklə danışıqları müsbət yekunlaşdırıblar.
Onlar son 2 ili yerli “Lodz” klubunda oynayan 26 yaşlı voleybolçu ilə 6 aylıq müqavilə imzalayıblar.
183 sm boya malik Kosek 2 dəfə Polşa kubokunun sahibi olub. O, həmçinin milli komandasının heyətində Universiadanın gümüş və bürünc medalına yiyələnib.
Qeyd edək ki, Karolina Almaniya və İsveçrədə də legioner həyatı yaşayıb.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0