Kaloyan milli komandamızdan danışdı
20.12.2011 - 13:09
“Almaniya yığması Avropa basketbolunda yaxşı komanda sayılır. Şübhəsiz ki, Dirk Novitski onların ən yaxşı basketbolçusudur. Ancaq bilmirəm, Dirk seçmə mərhələdə iştirak edəcək, ya yox”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin basketbolçusu Kaloyan İvanov deyib.
İspaniyanın “Alikante” klubunun şərəfini qoruyan İvanov Avro-2013-ün seçmə mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, Almaniya, İsveç, Azərbaycan və Lüksemburqla yer aldıqları B qrupunun favoritləri barədə də danışıb: “Mənim üçün favorit Almaniya ilə Bolqarıstandır. Ancaq digər rəqibləri də qiymətləndirməliyik. İsveçin yaxşı basketbolçuları var. Eşitmişik ki, Azərbaycan Avropanın ən yaxşı oyunçularından olan 2 basketbolçuya – “Valensiya”dan Nik Kaner-Medli ilə Madrid “Real”ından Ceysi Kerrollu milliləşdirib. Onlar qarşılaşmalarda həmin oyunçuların yalnız birindən istifadə edə bilərlər. Ancaq fikrimcə, bu, Azərbaycan yığmasının heyətinin gücləndirilməsinə çox imkan yaradacaq. İndi Avropada hamı basketbol oynayır. Əgər sən rəqiblərini düzgün qiymətləndirmirsənsə, problem yaşaya bilərsən”.
Qeyd edək ki, Elxan Əliyevin yetirmələri Bolqarıstan yığması ilə ilk görüşünü gələn il avqustun 18-də Bakıda keçirəcəklər.

0
0