İdman aləmində ən səs-küylü boşanma
20.12.2011 - 14:23
İdman aləmində ən səs-küylü boşanma
Dünya şöhrətli basketbolçu Kobi Brayantın boşanması diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Los-Anceles Leykers”in heyətində 5 dəfə NBA çempionu olan təcrübəli basketbolçuya həyat yoldaşı Vanessadan ayrılmaq 200 milyon dollara başa gələcək.

Kobinin çoxsaylı xəyanətlərindən bezən xanım böyük məbləğdə təzminatla ondan əvəz çıxmaq istəyir. Belə ki, boşanmaqla bağlı müraciət edən Vanessa 200 milyon dollar, yaxud ərinin bütün sərvətinin yarısını tələb edir.

Ancaq məsələ ondadır ki, Brayant vaxtilə rəsmi nigah müqaviləsi imzalamayıb. Bu isə boşanma halında sərvətin bölüşdürülməyi prinsiplərini tənzimləyəcək. Kaliforniya ştatının qanunlarına görə, bu halda, ər-arvadın birgə yaşadığı müddətdə qazanılanlar yarıbayarı bölünəcək. Brayant karyerası ərzində 200 milyon dollar qazanıb, komandasında isə hər matça görə 320 min dollar alır. Ancaq onun gəlirinin çox böyük faizi reklam müqavilələri təşkil edir.

Qeyd edək ki, peşəkar karyerası yalnız “Loc-Anceles Leykers”ə bağlı olan Kobi 2008-ci ildə ABŞ yığmasının heyətində Pekində olimpiya çempionu, növbəti mövsümdə isə NBA-nın ən dəyərli oyunçusu olub.