Bu dəfə 25
20.12.2011 - 19:30
Çempionlar Liqasının IV turunda “Rabitə” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə) oyununun bombaridiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 119 dəqiqə davam edən son dünya çempionlarının duelində ən yaxşı voleybolçu adını Bakı təmsilçisinin üzvü Nataşa Osmokroviç qazanıb. O, “Rabitə”nin aktivinə 25 xal yazdırıb.
Zoran Qayiçin digər yetirmələrindən Natalya Məmmədova 16, Mira Qoluboviç 14, Sanya Staroviç 9, Kimberli Qlass 6, Nataşa Krsmanoviç 5 və Dobriana Rabadjiyeva 1 dəqiq zərbə vura biliblər.
“Fənərbaxça”nın heyətində isə ilk oyunda olduğu kimi yenə Yeon Kounq Kim daha dəqiq olub. O, təmsilçimizdən 17 xal alıb.
Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” oyunu 3:1 hesabı ilə yekunlaşıb.

- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0