Zoran Qayiç: Bu, böyük qələbədir
20.12.2011 - 21:41
“Bu, bizim üçün çox önəmli və böyük qələbədir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.
Serbiyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin III turunda uduzduqları “Fənərbaxça”dan (Türkiyə) Bakıda aldıqları revanşa münasibət bildirib. Qayiçin sözlərinə görə, yetirmələri lazımı anda toparlanmağı bacarıblar: “Bütün voleybolçularımın gücündən istifadə etdim və rəqibə qarşı tam heyətlə inamlı mübarizə apardıq. Möhtəşəm qələbə qazandığımız üçün hər birimiz sevincliyik”.
Qeyd edək ki, İstanbulda “Fənərbaxça”ya 0:3 hesabı ilə uduzan “Rabitə” bu gün Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

0
0