“Əsas odur ki, sonda lazımı qələbəni qazandıq”
20.12.2011 - 21:52
“Biz startda bir sıra səhvlərə yol verdik. İlk setin taleyini də bu səhvlər həll etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Rabitə”nin kapitanı Natalya Məmmədovaya məxsusdur.
Təcrübəli hücumçu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Fənərbaxça”ya (Türkiyə) 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb. O bildirib ki, matça pis başlasalar da, sonda lazım olan qələbəni qazandıqları üçün xoşbəxtdirlər: “Biz ilk setdə uduzduqdan sonra ruhdan düşmədik. Əksinə, daha da yaxşı oynamağa başladıq. Əsas odur ki, sonda lazımı qələbəni qazandıq”.

0
0