“Fənərbaxça”nın baş məşqçisi: Bakıdakı məğlubiyyəti analiz edəcəyik
20.12.2011 - 22:17
“Bütün komandalar evdə çox güclü oynayırlar. Amma biz məhz bu məğlubiyyəti analiz etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” voleybol klubunun baş məşqçisi Ze Roberto deyib.
Braziliyalı mütəxəssis Çempionlar Liqasının IV turunda “Rabitə”yə 1:3 hesabı ilə udmalarından pərişan olub. Roberto etiraf edib ki, Azərbaycan çempionu layiq olduğu qələbəni qazanıb: “Rabitə” bizlə müqayisədə əla oynadı. Onlar xüsusilə, hücumda daha yaxşı təsir bağışladılar. Çox güclü voleybolçulara və baş məşqçiyə sahibdirlər. Bu səbəbdən də “Rabitə” layiq olduğu qələbəni qazandı”.

0
0