Polina Rəhimova birinci olmaqdan doymur
21.12.2011 - 00:37
Polina Rəhimova birinci olmaqdan doymur
“Azərreyl”in hücumçusu Polina Rəhimova Çempionlar Liqasında ardıcıl 4 matçda bombardirlik yarışında birinci olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın aparıcı voleybolçusu İstanbulda “Vakıfbank TTelekom” klubuna 2:3 hesabı ilə uduzduqları oyunun da qəhrəmanı seçilib.

Belə ki, Rəhimova Çempionlar Liqasının son qalibini 24 dəfə cəzalandırmağı bacarıb. Faiq Qarayevin digər yetirmələrindən Oksana Kovalçuk 14, Paulino De Souza Pereyra və Hizer Erin Brun hərəyə 10, Sara Anzanello 9 və Oksana Parxomenko 6 xal toplayıblar.

“Vakıfbank TTelekom”un heyətində isə Yelena Nikoliç və Kristian Fürst daha məhsuldar olublar. Onlar hərəyə 17 xal qazanıblar.