Rəqiblərimizin duelində “Drezdner” güclü oldu
21.12.2011 - 10:11
Rəqiblərimizin duelində “Drezdner” güclü oldu
Çempionlar Liqasında Bakının “Rabitə” klubu ilə eyni qrupda yer alan “Mulhaus” (Fransa) “Drezdner”lə (Almaniya) qarşılaşıb. Apasport.az saytının məlumatına görə, III turda səfərdə almanları məğlub edən Fransa təmsilçisi evdə məğlubiyyətə üzülüb.

Görüşdə 0:3 (23:25, 18:25, 11:25) hesabı ilə uduzan “Mulhaus”, həmçinin 3-cü pillədəki yerini də təhvil verib.

Fənərbaxça 4 3 1 10-3 318-280 9
Rabitə 4 3 19-4 317-279 9
Dresdner 4 1 3 4-9 283-292 3
Myulhaus 4 1 3 3-10 248-315 3


Qeyd edək ki, IV turda “Rabitə” “Fənərbaxça”ya 3:1 hesabı ilə qalib gəlib.