Covanni Quidetti: Biz döyüşərək, qalib gəldik
21.12.2011 - 11:00
“Blokda 20 xal qazandıq. Bu həqiqətən çox gözəl uğurdur”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Vakıfbank TTelokom”un baş məşqçisi Covanni Quidettiyə məxsusdur.
İtaliyalı çalışdırıcı Çempionlar Liqasının IV turunda “Azərryel”ə qalib gəldikləri (3:2) oyuna münasibət bildirib: “Bu dəfə Polina Rəhimovanın hücumlarının 30 faizin qarşısını məharətlə aldıq. Belə oynadığımız üçün sevincliyəm. Bu oyunda bizim üçün ən vacib olan “Vakıfbank TTelekom” ruhunu geri qaytarmağımızdır. Qələbə qazanmağımız çox vacib idi. Biz döyüşərək, qalib gəldik. Düzdür, çox uzun və ya çox istedadlı voleybolçularımız olmasa da, görüşdə məğlub olmadıq. Əsas odur ki, bu qələbə bizim gələcək matçlarımız üçün inamımızı artırdı”.

0
0