7 klub, 63 əcnəbi - SİYAHI
22.12.2011 - 19:00
7 klub, 63 əcnəbi - SİYAHI
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mübarizə aparan legionerlərin sayı dəqiqləşib. Apasport.az saytının hesablamalarına görə, ölkə çempionatda qüvvəsini sınayan 7 klub 63 əcnəbi sifariş edib.

Bunlardan 13-ü “Lokomotiv”in heyətində yer alıb. “Çelenc Cup”da da çıxış edən “dəmiryolçular” Azərbaycan da olmaqla (əslində bu klubunun sifariş etdiyi Yelena Parxomenko zədədən sonra bərpa dövrünü “Lokomotiv Biləcəri”də keçir), 10 ölkənin voleybolçusuna güvənir. Onlar ən çox legionerə sahib olduqları üçün Super Liqanın “beynəlmiləl komandası” da adlandırmaq olar.

Əcnəbi sayına görə, “İqtisad”çı və “Rabitə” növbəti 2 pillədə qərarlaşıb. Bu komandalar müvafiq olaraq, 12 və 11 legionerə “qucaq açıqblar”.

Super Liqada ən az əcnəbinin çıxış etdiyi klub “Azəryolservis”dir. Onlar cəmi 4 legionerlə gücləniblər. Digər komandalarımıza gəlincə, “Bakı” 10, “Azərreyl” 8 və “Lokomotiv Biləcəri” mövsümü 5 əcnəbi ilə keçirəcək.

Ümumilikdə, Azərbaycan çempionatında 20 ölkənin voleybolçusu çıxış edir və bunlar arasında liderlik ötən il olduğu kimi ABŞ-a məxsusdur.

Yeri gəlmişkən, 2010/2011 mövsümü ilə müqayisədə voleybolçuların sayında artım olsa da, ölkələrin sayı azalıb. Belə ki, ötən ildən fərqli, bu dəfə Super Liqada İspaniya, Kanada, Peru, Latviya, Slovakiya, Finlandiya və Puerto-Rikodan oyunçu yoxdur. Onların əvəzinə isə yalnız İtaliyadan voleybolçu Azərbaycana təşrif buyurub.

Qeyd edək ki, ötən mövsüm çempionatımızda 6 klubda 59 legioner çıxış edirdi.

  Rabitə Azərreyl İqtisadçı Bakı Lokomotiv AzəryolservisLokomotiv  BiləcəriCəmi
ABŞ2222210
Tailand 2
Belarus 11215
Yaponiya22
Türkiyə11
Serbiya55
İsrail11
Çexiya11
Ukrayna1236
Xorvatiya12115
Bolqarıstan1135
Braziliya1236
Argentina11
Venesuela11
Almaniya11
Hollandiya134
Kuba11
Polşa11
Rusiya112
İtaliya112
Cəmi 1181210134462