Ağbirçəklər və uşaqlar - FOTO
22.12.2011 - 17:14
Ağbirçəklər və uşaqlar - FOTO
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında çıxış edən ən yaşlı və cavan voleybolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında mübarizə aparan 7 klubun heyətində 30 yaşdan yuxarı 21 voleybolçu var.

Super Liqanın “ağbirçəyi” “Lokomotiv”in şərəfini qoruyan Marta Salfrandır. Ölkəmizdə çıxış edən yeganə kubalı legioner ömrünün 38 ilini arxada qoyub.

Çempionatımızın ən cavanı isə dəyişməz qalıb. Ötən mövsüm “Azərreyl”də, yeni ildən “Azəryolservis”də oynayan Ülkər Kərimova Salfrandan nə az, nə çox – 21 yaş balacadır. Onun 17 yaşı var.

Ən yaşlılar (30 yaşdan yuxarı)

Adı Təvəllüdü Klubu
Marta Salfran17/05/1973“Lokomotiv”
İrina Jukova22/11/1974“Rabitə”
Nataşa Osmokroviç27/05/1976“Rabitə”
Mira Qoluboviç15/10/1976“Rabitə”
İnqrid Visser04/06/1977“Bakı”
Nansi Metkalf12/11/1978“Lokomotiv”
Hizer Erin Brun29/11/1978“Azərreyl”
Tayyubu Xaneef-Park23/03/1979“İqtisadçı”
Yannike van Tienen29/05/1979“Bakı”
Yuko Sano26/07/1979“İqtisadçı”
Oksana Kovalçuk23/11/1979“Azərreyl”
Anna Fahri01/03/1980“Lokomotiv”
Erika Koimbra23/03/1980“İqtisadçı”
Alisa Blom07/04/1980“İqtisadçı”
Paulino Elisangela29/04/1980“Azərreyl”
Sara Anzanello30/07/1980“Azərreyl”
Renata Kolombo25/02/1981“Bakı”
İliyana Duqandjiç17/04/1981“İqtisadçı”
Barboza Cibele16/07/1981“Bakı”
Elisa Tomas20/07/1981“Lokomotiv”
Masami Yokoyama12/12/1981“İqtisadçı”


Ən cavanlar (20 yaşdan aşağı)

Adı Təvəllüdü Klubu
Ülkər Kərimova22/06/1994“Azəryolservis”
Aleksandra Prupas27/03/1994“Azəryolservis”
Aytac Zeynalova24/05/1993“Lokomotiv Biləcəri”
Ayşən Abduləzimova11/04/1993“Lokomotiv Biləcəri”
İrana Xəlilova05/04/1993“Lokomotiv Biləcəri”
Oksana Kiselyova30/05/1992“Azəryolservis”
AnitaBredis27/01/1992“Lokomotiv Biləcəri”