41 sm-lik fərq - SİYAHI
23.12.2011 - 11:20
Azərbaycan Super Liqasında ən hündür və ən kiçikboylu voleybolçularının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatda mübarizə aparan 7 klubun üzvlərindən ən uzunu “İqtisadçı”dadır.
Bu, Super Liqanın bürünc mükafatçısı olan amerikalı legioer Tayyubu Xaneef-Parkdır. 200 sm boya malik “tələbə” ötən mövsüm olduğu kimi, bu dəfə də hamıya “yuxarıdan aşağı baxır”.
Maraqlıdır ki, çempionatımızda ən hündürboyluların yer aldığı “İqtisadçı”, həm də ən kiçikboylu voleybolçuya malikdir. Artıq ikinci mövsümdür Azərbaycanda çıxış edən yaponiyalı Yuko Sanonun boyu komanda yoldaşı Xaneef-Parkla müqayisədə 41 sm balacadır – 159 sm.
Hündürboylular
Kiçikboylular

Adı | Boyu | Klubu |
---|---|---|
Tayyubu Xaneef-Park | 200 sm | “İqtisadçı” |
Kristina Patsulova | 198 sm | “İqtisadçı” |
Yana Matiasovska | 198 sm | “Azəryolservis” |
Polina Rəhimova | 197 sm | “Azərreyl” |
Keti Radzuveyt | 196 sm | “Rabitə” |
Cennifer Doris | 196 sm | “İqtisadçı” |
Natalya Məmmədova | 195 sm | “Rabitə” |
Sanya Staroviç | 195 sm | “Rabitə” |
Dərya Zamanova | 194 sm | “Azəryolservis” |
Kiçikboylular
Adı | Boyu | Klubu |
---|---|---|
Yuko Sano | 159 sm | “İqtisadçı” |
Lisia Qaido | 162 sm | “Lokomotiv” |
Lalə Bağıyeva | 165 sm | “Bakı” |
Mədinə Əliyeva | 170 sm | “Rabitə” |
Piyanut Pannoy | 171 sm | “Azərreyl” |
Valeriya Korotenko | 172 sm | “Azərreyl” |
Pelin Çelik | 172 sm | “Azəryolservis” |
0
0