“Rabitə” “Top Volley İnternational”a yollanır
23.12.2011 - 12:47
Çempionlar Liqasının IV turunda “Fənərbaxça” ilə oyundan sonra istirahətə buraxılan “Rabitə” bu gün yenidən bir araya gələcək. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələrinin digər klublarla müqayisədə daha tez hazırlığa start verməsində əsas məqsəd İsveçrədə beynəlxalq turnirdə uğurla iştirak etməkdir.
Belə ki, Super Liqada və Çempionlar Liqasında yaranmış fasilədən istifadə edən “Rabitə” paytaxtda dekabrın 25-də məşqləri yekunlaşdıracaq və 1 gün sonra Bazelə yola düşəcək.
Azərbaycanın ən güclü komandası burada keçiriləcək “Top Volley İnternational”da “Volero” (İsveçrə), “Unilever” (Braziliya), “Kann” (Fransa), “Severstal” (Rusiya) və “Dinamo-Romprest” (Rumıniya) klubları ilə gücünü yoxlayacaq.
“Kiçik dünya çempionatı” adlandırılan yarış dekabrın 27-də start götürəcək və 29-da yekunlaşacaq.
Qeyd edək ki, turnirin 2 günündə qrup mərhələsi və yarımfinal oyunları keçiriləcək. Yarışın son günündə isə 3-cü yer uğrunda matç və final görüşü baş tutacaq.

0
0