“Araz” ili yüz faizli nəticə ilə bitirdi - YENİLƏNİB
24.12.2011 - 17:28
Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatının I dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qış çempionu müəyyənləşdiyindən, 2-ci pillədə gözlənilən dəyişiklik baş verib. Artıq I dövrənin qalibi olan “Araz” ən yaxın izləyicisi “Çağ öyrətim”lə görüşdə inamlı qələbə qazanıb. Bununla da Naxçıvan təmsilçisi qış fasiləsinə yüz faizli nəticə ilə yollanıb.
Təbii ki, “Çağ öyrətim”in xal itirməsi “Qala” üçün də “göydəndüşmə” olub. Onlar autsayder BDU-ya böyük hesabla qalib gələrək, top fərqinə görə 2-ci pilləyə yüksəlib. NTL-Tudor – AZTOP görüşündə isə gözlənilənlərin əksinə qonaqlar qalib gəlib. Ancaq AZTOP top fərqində NTL-Tudor-dan geri qaldığından, turnir cədvəlində ondan arxada qalıb.
24 dekabr
I dövrə
V tur
NTL-Tudor – AZTOP - 63:73
“Qala” – BDU - 98:37
“Çağ öyrətim” - “Araz” - 43:88

1. Araz | 5 | 5 | 0 | 519-288 | 10 |
---|---|---|---|---|---|
2. Qala | 5 | 3 | 2 | 333-258 | 8 |
2. Çağ öyrətim | 5 | 3 | 2 | 335-341 | 8 |
4. NTL-Tudor | 5 | 2 | 3 | 289-295 | 7 |
5. AZTOP | 5 | 2 | 3 | 347-372 | 7 |
6. BDU | 5 | 0 | 5 | 222-489 | 5 |
0
0