2 basketbolçumuz “Efes Pilsen”də - FOTO
26.12.2011 - 15:38
Uşaq-Yeniyetmə Liqasının perspektivli basketbolçuları - Eldar Poladxanov (“Səbail”, 1997-ci təvəllüdlü, 1.90 sm) və Sabir Rüstəmov (“Makkabi”, 1997-ci təvəllüdlü, 1.97 sm) Türkiyənin məşhur “Efes Pilsen” klubunda baxışda olublar. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, perspektivli oyunçularımızı səfərə baş menecer Levent Türknas aparıb.
Artıq Türkiyədən dönən təmsilçilərimiz üçün İstanbul səfəri uğurlu alınıb. Türknasın sözlərinə görə, basketbolçularımız gözəl gələcək vəd edirlər: “Avropada tanınan basketbol klubu “Efes Pilsen”in “Anadolu Efes”in Azərbaycanın gənc basketbolçularına maraq göstərməsi bizdə basketbolun inkişafını göstərən ən vacib amillərdən biridir. Bundan əlavə, Uşaq-Yeniyetmə Basketbol Liqasına birbaşa rəhbərlik edən şəxs kimi liqamızda mövcud olan 40 komandada 500 yaxın gənc basketbolçunun oynaması məndə Azərbaycan basketbolunun parlaq gələcəyinə çox böyük ümidlər yaradır”.

0
0