“Rabitə”nin Bazel sınağı
26.12.2011 - 16:28
“Rabitə” voleybol klubu 2011-ci ili daha bir titulla başa vurmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, başa çatan ildə Azərbaycan və dünya çempionatının ən güclüsü, Çempionlar Liqasının ikincisi adını qazanan komandamız İsveçrədə keçiriləcək “Top Volley İnternational”da da adından söz etdirməyi planlaşdırır.
Belə ki, sabah start götürəcək “kiçik dünya çempionatı”nda “Rabitə” ilə yanaşı, “Severstal”la (Rusiya), “Kann” (Fransa), “Volero” (İsveçrə), “Dinamo-Romprest” (Rumıniya) və “Unilever” (Braziliya) klubları qüvvələrini sınayacaqlar. Rusiya və Fransa klubları ilə eyni qrupda yer alan Zoran Qayiçin yetirmələri yarışın favoriti hesab olunurlar.
1989-cu ildən keçirilən “Top Volley İnternational” Azərbaycan komandası ilk dəfə çıxış edir və onların rəqibləri olan “Kann” demək olar ki, turnirin daimi iştirakçısıdır. Fransa təmsilçisi hətta yarışın ən çox çempion olan komandasıdır. Onlar 5 dəfə Bazeldə keçirilən yarışı qalib kimi başa vurublar. “Kiçik dünya çempionatı”nın son çempionu isə digər qrupda yer alan “Unilever”dir.
“Severstal”a gəlincə, onlar da “Rabitə” kimi debütantdırlar. Bu komandaların duelində isə bizim üçün tanış sima simalar da meydana çıxacaq. Ötən il Azərbaycan çempionu olmuş və Çempionlar Liqasının da gümüş mükafatını qazanan Olqa Ativi bu dəfə rəqib düşərgədə forma geyinəcək. Onunla yanaşı, 2010/2011 mövsümü üçün “Rabitə”yə transfer olunan və sonradan komandamızda çıxışı alınmayan Natalya Kulikova da “Severstal”ın heyətindədir. Onlar “Kann”la müqayisədə zəif olmalarına baxmayaraq, turnirdə sensasiya edə bilərlər.
Amma rəqiblərinin gücü “Rabitə” üçün heç də maraqlı deyil. Çünki 2011-ci ildə Azərbaycanın da ən güclü klub komandası seçilən Zoran Qayiçin yetirmələri Bazeldə də bunu bir daha sübut etməyə çalışacaqlar. Komandamız qrup oyunlarının hər 2 matçına sabah çıxacaqlar.
27 dekabr
19:30. “Severstal” (Rusiya) – “Rabitə” (Azərbaycan)
23:30. “Rabitə” (Azərbaycan) - “Kann” (Fransa)
Qeyd edək ki, turnirə dekabrın 29-da yekun vurulacaq.

0
0