“İqtisadçı”nın rəqibi A seriyasında hegemonluq edir
27.12.2011 - 10:08
Bakının “Azərreyl” və “İqtisadçı” klublarının avrokuboklardakı rəqibləri İtaliya A seriyasında növbəti oyunlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “dəmiryolçular”la eyni qrupda yer alan “Foppapedretti” CEV kubokunun 1/8 finalında “universitet komandası” ilə qarşılaşacaq “Yamamay”ın qonağı olub.
Oyun gözlənilən kimi, ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Yamamay” 3:1 (25:20, 22:25, 25:22, 25:20) hesabı ilə qalib gələrək, liderliyini möhkəmlədib. Hazırda 30 xalla birinci yerdə olan Busto Arsiziolular ən yaxın izləyicilərini 7 xal qabaqlayırlar.
“Foppapedretti” isə 6-cı pilləyə enib və aktivində 14 xalı var.

0
0