“Rabitə” yarımfinala darmadağınla çıxdı
28.12.2011 - 01:54
“Rabitə” yarımfinala darmadağınla çıxdı
Bu gün İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında “Top Volley İnternational” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edəcək “Rabitə” ilk oyun günündə 2 görüşdə qüvvəsini sınayıb.

Azərbaycan və dünya çempionu ilk olaraq Rusiya “Severstal”ı ilə qarşılaşıb. “NTV+Sport” kanalı ilə canlı yayımlanan görüşun favoriti olan “Rabitə” gözlənilən qələbəni qazanıb.

Zoran Qayiçin yetirmələri qrup mərhələsinin axırıncı matçında Fransa “Kann”ı ilə üz-üzə gəlib. “Kiçik dünya çempionatı”nın 5 dəfə qalibi adına yiyələnən rəqiblə oyun isə gözlənilənlərin əksinə gərgin keçməyib. Ulduzların toplaşdığı “Rabitə” adlı-sanlı rəqibinə set verməyərək, yarımfinala darmadağınla çıxıb.

Digər qrupda isə “Volero” (İsveçrə), “Dinamo-Romprest” (Rumıniya) və “Unilever” (Braziliya) klubları yer alıblar.

27 dekabr
“Severstal” (Rusiya) – “Rabitə” (Azərbaycan) - 1:3 (15:25; 19:25; 27:25; 22:25)
“Rabitə” (Azərbaycan) - “Kann” (Fransa) 3:0 (25:23, 25:16, 25:23)

Qeyd edək ki, 3 gün davam edən yarışda bu gün yarimfinal oyunları baş tutacaq.