“Rabitə” finalda!!!
28.12.2011 - 22:57
“Rabitə” finalda!!!
“Rabitə” bu gün “Top Volley İnternational” beynəlxalq turnirində yarımfinal görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu finala gedən yolda Braziliyanın “Unilever” komandası ilə qarşılaşıb.

Zoran Qayiçin yetirmələrinin “samba”çıları da əvvəlki 2 görüşdə olduğu kimi, asan məğlub edəcəyi gözlənilirdi. Çünki artıq bu il dünya çempionatında Braziliyanın “Sollis Nestle” komandasına gücünü göstərən voleybolçularımız bu dueldən də üzüağ çıxmaq gücündə idi. Gözlənilər baş verib və komandamız amerikalılara gücün sübut edib.

Hər 3 setdə qələbə qazanan təmsilçimiz finala yüksəlib. “Rabitə” həlledici matçda “Valero” – “Kann” görüşünün qalibi olacaq.

28 dekabr

Yarımfinal
“RABİTƏ” (AZƏRBAYCAN) – “UNİLEVER” (BRAZİLİYA) - 3:0 (25:17 25:22; 25:22 )

Qeyd edək ki, “Rabitə” qrup mərhələsində “Severstal” (Kann) və “Kann” klublarına qalib gəlib. Turnirə sabah yekun vurulacaq.

A qrupu
“Dinamo Romprest” (Rumıniya) – “Unilever” (Braziliya) - 0:3 (21:25, 18:25, 19:25)
“Unilever” – “Volero” (İsveçrə) - 1:3 (18:25, 23:25, 31:29, 19:25)

28 dekabr
“Volero” – “Dinamo Romprest” - 3:0 (25:23, 25:16, 25:17)

Volero2206-1179-1476
Unilever2114-3166-1623
Dinamo Romprest2020-6114-1500


B qrupu
“Severstal” (Rusiya) – “Rabitə” (Azərbaycan) - 1:3 (15:25, 19:25, 27:25, 22:25)
“Rabitə” – “Kann” (Fransa) - 3:0 (25:23, 25:16, 25:23)


Rabitə2206-1175-1456
Kann 2113-3137-1213
Severstal2021-6129-1750


28 dekabr
“Kann” – “Severstal” 3:0 (25:9 25:17 25:20)