“Azərreyl” istəyinə çatdı
28.12.2011 - 16:25
“Azərreyl” istəyinə çatdı
“Azərreyl” yeni transferi Karolina Koseki sifariş edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” yenicə heyətlərinə qatdıqları Polşa yığmasının üzvünün adını Avropa Voleybol Konfederasiyasına (CEV) göndərərək, onun Çempionlar Liqasında (ÇL) oynamasına rəsmi icazə alıblar.

Bununla, Kosek yanvarın 12-də “Azərreyl”in heyətində ÇL-də debüt edə bilər. Həmin gün komandamız “Foppapedretti”nin (İtaliya) qonağı olacaq.

Qeyd edək ki, baş məşqçi Faiq Qarayevin Karolinaya yanvarın 6-da Azərbaycan Super Liqasında da şans verəcəyi gözlənilir.