“Rabitə” çempion! - YENİLƏNİB
30.12.2011 - 01:00
“Rabitə” çempion! - YENİLƏNİB
İsveçrənin Bazel şəhərində keçirilən “Top Volley İnternational” beynəlxalq turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, “kiçik dünya çempionatı” adlandırılan yarışın həlledici matçından sonra bütün mükafatçılar müəyyənləşib.

Finalda təmsilçimiz “Rabitə” Fransanın “Kann” klubu ilə qarşılaşıb. Qrup mərhələsində olduğu kimi, komandamız fransızları bu dəfə də məğlubiyyətə uğradaraq, birinci yerə sahib çıxıb. Vaxtilə millimizin şərəfini qorumuş Viktoriya Ravvanın şərəfini qoruduğu “Kann” isə turniri ikinci yerdə başa vurub.

Üçüncü yerin sahibi isə Braziliyanın “Unilever” klubu olub.



Final
“Rabitə” (Azərbaycan) – “Kann” (Fransa) - 3:1 (28:26; 25:22; 22:25; 25:21 )


5-ci yer uğrunda
“Dinamo Romprest” (Rumıniya) – “Severstal” (Rusiya) - 0:3 (19:25 15:25 21:25 )

Bürünc medallar uğrunda
“Unilever” (Braziliya) – “Volero” (İsveçrə) - 3:0 (25:22 25:13 26:24)

Qeyd edək ki, bu, “Rabitə”nin beynəlxalq yarışlarda üçüncü final oyunudur. Əgər komandamız Çempionlar Liqasının həlledici görüşündə “Vakıfbank TTelekom” klubuna uduzmuşdusa, dünya çempionatında bunun qisasını almışdı.