Rəqiblərimizdən növbəti qələbə
30.12.2011 - 09:53
Rəqiblərimizdən növbəti qələbə
Bakının “Azərreyl” və “Rabitə” klublarının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri Türkiyə Super Liqasında növbəti oyunlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinə Bakıda uduzan “Vakıfbank TTelekom” “Yeşilyurt”la qarşılaşıb. Oyun Çempionlar Liqasının son qalibinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:15, 25:18, 25:11).

“Rabitə”nin rəqibi “Fənərbaxça” da turu qələbə ilə başa vurub. Onlar “Pursaklar Voleybol İhtisas”dan güclü olublar – 3:1 (25:20, 23:25, 25:14, 25:13).

Qeyd edək ki, 9 turdan sonra “sarı-lacivərdlilər” 27 xalla turnir cədvəlinə başçılıq edirlər. “Vakıfbank TTelekom” isə 21 xalla 4-cüdür.