Nataşa Osmokroviçdən dubl
30.12.2011 - 10:22
İsveçrənin Bazel şəhərində keçirilən “Top Volley İnternational” beynəlxalq turnirinin ən yaxşılarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin qalib olduğu yarışın ən dəyərli voleybolçusu Nataşa Osmokroviç seçilib.
Bakı klubu ilə dünya çempionu da olan xorvatiyalı legionerimiz “Top Volley İnternational”da da ən güclü olduğunu bir daha sübut edib. O, mundialda da bütün rəqiblərini qabaqlamağı bacarmışdı.
Qeyd edək ki, “Rabitə” Vətənə bu gün qayıdacaqlar. Onlar saat 04:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənə ilə qarşılanacaqlar.

0
0