“Orada 2-3 azərbaycanlı oynayırdı” - MÜSAHİBƏ
30.12.2011 - 14:59
Ötən mövsümün ilk dövrəsində “Şirvan”, ikinci dövrəsində “Bakı”da çıxış edən polşalı voleybolçu Paulina Qarjevska Azərbaycandakı günlərini yada salıb. Apasport.az saytının məlumatına görə, hazırda ölkəsində “Bank BPS Fakro”nun formasını geyinən 26 yaşlı libero yerli mətbuata verdiyi müsahibəsində Bakı ilə bağlı xatirələrini bölüşüb.
- Ötən il Milad bayramını qeyri-adi məkanda – Azərbaycanda qeyd etdiniz. Bunu necə xatırlayırsınız?
- Orada hər şey fərqlidir. Hər halda, Azərbaycan müsəlman ölkəsidir. Digər tərəfdən, azərbaycanlılar daha çox Avropaya yaxınlaşmaq istəyirlər. Belə ki, küçələrdə şam ağacları və Santa-Klausları görmək olurdu. Ancaq müsəlman olduqları üçün Milad bayramını qeyd etmirlər.
- Deməli, Polşadakı kimi ənənəvi Milad bayramının atmosferi çatışmırdı?
- Yox, yanıma qohumlarım, ən əsası valideynlərim gəldi. Onlar Amerikada olmuşdular. Hər halda, sonda Milad bayramını birgə qeyd etdik. Hətta anam bayram süfrəsi hazırladı, “yolka” qurdu.
- Təbii, yoxsa süni?
- Təəssüf ki, süni idi.
- Azərbaycanda digər ənənələr hansı idi? Karp balığını tapmaq şansınız var idi?
- Süfrəmizdə balıq var idi, ancaq karp deyildi. Bundan başqa, süfrədə ənənəvi şorbamız yer almışdı. Şaxta baba da hədiyyəsiz deyildi. Ancaq hədiyyələrin çoxunu anam gətirmişdi.
- Ancaq Bakıda çox qar yağmır...
- Düzdür, həmin vaxt qar yağmamışdı. Hərçənd, havanın temperaturu elə də yüksək deyildi. Dekabrda 6 dərəcə və küləkli hava. Bunu Bakıda daha çox hiss etmək olur.
- Sadəcə qar yox idi...
- Elədir. Amma daha çox qar olanda, bayram daha şən keçir və adama ləzzət eləyir.
- Yeni şəhərdə, yeni komandada özünüzü necə hiss edirsiz?
- Çox əla. Mən şəraitlə bağlı gileylənə bilmərəm. Tez uyğunlaşa bildim. Ancaq bu, həqiqətən daha uzun müddət vaxt çəkmədi.
- Təəssüf ki, daha çox ehtiyatda qalırsınız...
- Əlbəttə, hər bir oyunçu daha çox meydanda olmaq istəyir. Ancaq mən xarakterli insanam və öz vaxtımı gözləyib, böyük səylə məşq edəcəyəm. Debütüm səfərdə oldu, bundan sonra isə evdə azarkeşlərimiz qarşısında oynadıq.
- Çıxış etdiyiniz mövqedə rəqabət ciddidir. Polşada özünüzü ən güclü sayırsız?
- Bəli.
- Hesab etmirsiz ki, komandanızda 12-14 voleybolçu arasına düşmək daha yaxşıdır? Çünki daha geniş heyətdə yer aldıqda, tribunada da ola bilərsiz...
- Əlbəttə. 2 bərabər heyətin olmağı vacibdir. Ancaq digər tərəfdən, mənə elə gəlir ki, bu çox manevr etmək imkanı verir. Heyətlə bağlı problemlər, zədəlilər olanda həmişə alternativ variantlar var. Çünki komandada 14 voleybolçu yer alıb.
- Yenidən Azərbaycan mövzusuna qayıdaq. Siz orada oynayan yeganə polşalı voleybolçu idiniz?
- Bəli.
- Ancaq növbəti mövsümə qalmadınız. Nə baş verdi?
- Azərbaycanda qala bilərdim. Ancaq bəzi səbəblərdən, belə deyək, əsasən ailəmə görə Polşaya qayıtmağa qərar verdim. Bu, mənim seçimim idi.
- Bakıya yollanmamışdan qabaq, 1 ildən artıq əvvəl probleminiz var idi? Polşalılara əvvəlki kimi ekzotik ölkələrdə yaşamaq çətindir?
- Mən dünya üçün yetərincə açığam. Əsas problemim valideynlərimlə bağlıdır (gülür). Onlar eşidəndə ki, Azərbaycandan təklif almışam, bunun harada yerləşdiyini soruşdular və belə suallar davam etdi. Onların bu ölkəni gəlib-görmək imkanları vardı. Bəzi insanlar bu ölkə haqda tam məlumata malik deyillər. Ancaq xüsusilə Bakı öndə gedən paytaxtdır. Bu şəhərə çox böyük investisiyalar qoyulub və nəticədə gözəl görünür.
- Orada idmana da investisiyalar qoyulub. Azərbaycan idmanının səviyyəsini necə dəyərləndirərdiniz?
- Voleybol çox yüksək səviyyədədir. 5 klub güclü heyətə malikdir və maliyyə imkanları ilə bağlı hansısa çətinlikləri yoxdur. Komandaların ötən mövsüm heyəti daha çox legionerlərdən təşkil olunmuşdu. Çempionatda 2-3 azərbaycanlı oynayırdı.

0
0