Bakıdakı məğlubiyyətin əvəzini “Qalatasaray”dan çıxdı
04.01.2012 - 11:15
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində Bakının “Azərreyl” və “Rabitə” voleybol klublarının rəqibləri “Vakıfbank TTelekom”la “Fənərbaxça” Türkiyə Super Liqasında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Bakıda Faiq Qarayevin yetirmələrinə uduzan ÇL-in son qalibi evdə “Qalatasaray”ı qəbul edib.
Qarşılaşma “Vakıfbank TTelekom” üçün uğursuz başlasa da, sonda onlar 3:1 (19:25, 25:22, 25:19, 25:20) hesablı qələbə qazanıblar.
“Rabitə” ilə eyni qrupda yer alan “Fənərbaxça” da turu qalib kimi başa vurub. Onlar 3:0 (25:15, 25:9, 25:21) hesabı ilə “Yeşilyurt”u məğlub etməklə, qələbə seriyasını 11-ə çatdırıblar.
Beləliklə, 11 turdan sonra aktivində 33 xalı olan “Fənərbaxça” ən yaxın izləyicisini 4 xal qabaqlayıb. 11 görüşün 9-da qalib gələn “Vakıfbank TTelekom” isə 27 xalla 3-cü pilləyə yüksəlib.

0
0