“Yamamay” – “İqtisadçı” oyununun hakimləri bilindi
04.01.2012 - 12:24
“Yamamay” – “İqtisadçı” oyununun hakimləri bilindi
Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsini idarə edəcək hakimlər briqadasının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə İtaliya “Yamamay”ının qonağı olacaq Azərbaycanın “İqtisadçı” klubunu meydana İskra Zidaniç (Xorvatiya) çıxaracaq.

Yanvarın 11-də baş tutacaq qarşılaşmada yunanıstanlı Lemonia Moula isə köməkçi referi olacaq.

Qeyd edək ki, Bosto Arsizio şəhərində keçiriləcək “Yamamay” – “İqtisadçı” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.