Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
04.01.2012 - 16:23
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
Azərbaycanlı hakim Eldar Zülfüqarov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli ədalət təmsilçimizə kişi voleybolçular arasında keçirilən Çempionlar Liqasının “Arkas” (Türkiyə) – “Noliko” (Belçika) oyununu etibar edib.

Həmyerlimiz yanvarın 10-da İzmirdə baş tutacaq matçda köməkçi hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi isə Andrey Zenoviç (Rusiya) olacaq.

Qeyd edək ki, “Arkas”la “Noliko” 4 turdan sonra 9 xalla ilk 2 pilləni bölüşürlər.