“Bakı” transfer etməyəcək!
05.01.2012 - 00:08
“Bakı” transfer etməyəcək!
“Qarşıda bizi çətin oyunlar gözləyir. Həm daxili, həm də beynəlxalq arenada ciddi sınaq qarşısındayıq”.Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” voleybol klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar deyib.

Qış fasiləsinə lider kimi yollanan komanda qarşısına hazırkı heyəti qoruyub-saxlamağı məqsəd qoyub. Afşar bildirib ki, yeni transfer etmək niyyətləri yoxdur: “Təkcə “İqtisadçı” transfer həyata keçirib. Bizim isə qış fasiləsində heyətə əl gəzdirmək fikrimiz yoxdur. Konkretləşdirsək, transfer etməyəcəyimizi deyə bilərəm. Hazırkı voleybolçulardan məmnun qaldığımıza görə, heç kimi yola salmayacağıq və bu heyətlə yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Bakı” “Çelenc Cup”ın 1/16 final mərhələsində “Apollon”la (Kipr) cavab oyununda münasibətləri ayırd edəcək. Oyun yanvarın 11-də Bakıda baş tutacaq.