Yığmamız reytinq cədvəlində gerilədi
05.01.2012 - 10:37
Beynəlxalq Voleybol Federasiyası (FİVB) 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar üçün açıqlanan siyahıda Azərbaycan milli komandaları geriləyiblər.
Belə ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamız 35-ci pilləni 36-cı yerə dəyişib. Komandamızın aktivində 14,25 xalı var. Siyahıya son cədvəldə olduğu kimi ABŞ (245,00) başçılıq edir. Braziliya (217,50) ikinci, Yaponiya (197,25) üçüncüdür.
Kişilərdən ibarət yığmamız da mövqeyini itirib. Sabir Əliyevin yetirmələri hazırda 4,75 reytinq xalı ilə Sent Kitts, Dominika adaları, Sent Vinset və Qrenadin, Anguilla adaları, Qrenada, Macarıstan və Böyük Britaniya ilə 92-100-cü yerləri bölüşürlər.
Kişi voleybolçular arasında isə dünyanın ən güclü millisi Braziliyadır (252,50).

0
0