Bolqarıstan yığmasının baş məşqçisi bəlli oldu
05.01.2012 - 11:50
Bolqarıstan yığmasının baş məşqçisi bəlli oldu
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Bolqarıstan yığmasının yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, federasiyanın Məşqçilər Şurası hazırkı çalışdırıcı Rosen Barçovski ilə müqavilənin uzadılması ilə bağlı qərar verib.

Təcrübəli mütəxəssis daha bir il yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Elxan Əliyevin rəhbərlik etdiyi millimiz Avropa çempionatının seçmə mərhələsində Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla birgə B qrupunda mübarizə aparacaq. Oyunları bu il avqustun 15-dən sentyabrın 11-dək keçiriləcək.