Millimizin yeni tapıntısı Bakıya gəldi
06.01.2012 - 00:06
“Əli Əsgərov 9 yaşında Azərbaycandan Kanadaya köçüb. O, atasının biznesi ilə əlaqədar ölkəmizi tərk edib. Əsgərov ölkə haqqında məlumatlı olsa da, Azərbaycan deyil, rus dilində danışır. Milli komandamızda oynamağa razı olan basketbolçu artıq Bakıdadır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının türkiyəli baş meneceri türkiyəli Levent Türknas deyib.
O bildirib ki, 20 yaşlı Əsgərovun milliyə götürüləcəyi dəqiq deyil: “Mən onu Azərbaycana gətirmək üçün lazım olan işləri həyata keçirmişəm. Əlinin millidə oynayıb-oynamayacağına baş məşqçi Elxan Əliyev qərar verəcək. Əlinin qrafiki çox sıxdır. Kanada çempionatında oyunla əlaqədar gələn həftənin 1-ci günü geri qayıdacaq. Gənc basketbolçu qarşıdakı təlim-məşq toplanışına da dəvət olunacaq. Yığmada oynayacağına görə, məmnunluq hissi keçirir”.
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası Litva, İspaniya və Rusiyada da axtarışlarını davam etdirir.

0
0