“İqtisadçı” legioneri ilə vidalaşdı - FOTO
06.01.2012 - 11:38
“İqtisadçı” legioneri ilə vidalaşdı - FOTO
“İqtisadçı” yayda transfer etdiyi yaponiyalı Masami Yokoyama ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, universitet komandasının 30 yaşlı legionerlə vidalaşmasına səbəb onun ümidləri doğrultmamağı olub.

Belə ki, əsas heyətdə yer almayan və toppaylayıcı mövqeyində bütün rəqiblərindən geri qalan Yokoyama ilə müqavilə qarşılıqlı şəkildə pozulub. Artıq voleybolçu vətəninə yola salınıb. Bu, Azərbaycan klublarının qış fasiləsində vidalaşdığı ilk legioner olub.

Qeyd edək ki, onun gedişində braziliyalı Kristina Fernanda Ferreyranın da transferi böyük rol oynayıb.