“Rabitə” “Bakı”ya şans vermədi, “Azərreyl”dən çətin qələbə
06.01.2012 - 21:14
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, V tur çərçivəsində Bakı İdman Sarayında 3 qarşılaşma keçirilib.
“İqtisadçı”nın istirahət etdiyi tur debütantların – “Azəryolservis”lə “Lokomotiv Biləcəri”nin oyunu ilə başlayıb. Hələ də qələbə həsrətində olan klubların mübarizəsində hər 2 paytaxt təmsilçisi bu arzusunu reallaşdırmağa çalışıb. Lakin Aleksandr Çervyakovun baş məşqçisi olduğu “Azəryolservis” bu imtahandan üzüağ çıxıb. Onlar gözlənildiyi kimi asan qələbə qazanmaqla, Super Liqada keçirdikləri 4-cü oyunda ilk dəfə 2 xala seviniblər.
Turun mərkəzi görüşü “Bakı” və “Rabitə” arasında olub. Hələ məğlubiyyət acısı dadmayan Super Liqanın liderlərinin duelinin gərgin və maraqlı keçəcəyi gözlənilsə də, bu belə olmayıb. “Çelenc Cup” da daxil olmaqla, 8 oyundur qələbə qazanan “Bakı” bu dəfə asan təslim olub. Düzdür, ilk setin əvvəli xalaxal prinsipi ilə keçib. Lakin birinci texniki fasilədən sonra təcrübə öz sözünü deyib. Son Azərbaycan və dünya çempionu “Rabitə” rəqibinə heç bir şans verməyərək, 25:16 hesabı ilə qalib gəlib.
Növbəti hissədə oyunun axarı dəyişə bilərdi. Lakin “rabitəçilərin” əzmkar oyunu buna imkan verməyib. Setboyu hesabda irəlidə olan “Bakı” arxayınçılığın qurbanı olub. Onlar 3 top öndə olsalar belə, “Rabitə” hesabı bərabərləşdirib (18:18) və yalnız sonda irəli keçib – 23:22. Bu üstünlük isə sonacan davam edib. Nəticədə “Bakı”nın oyunda tarazlıq yaratmaq istəyi reallaşmayıb.
İkinci setdə bütün gücünü ortaya qoyan və məğlub olan komanda 3-cü hissədə elə də ciddi müqavimət göstərməyib. Rəqibini bütün komponentlərdə üstələyən Zoran Qayiçin yetirmələri bu dəfə də qalib gəlməklə, həm əsas rəqiblərindən birini sıradan çıxarıb, həm də “Bakı”nın 8 oyunluq qələbə seriyasını qırıblar. Lakin “Rabitə”dən 2 oyun çox keçirən komanda hələ birinci pillədəki yerini qoruyub.
Tur digər maraqlı – “Lokomotiv” – “Azərreyl” oyunu ilə başa çatıb. Ötən mövsüm “Çelenc Cup”ın finalında üz-üzə gələn klubların duelində qalib tay-brekdə müəyyənləşib. “Azərreyl” avrokubokda olduğu kimi bu dəfə də rəqibindən üstün olub.
Belə ki, oyun Super Liqada Vüqar Əliyevin rəhbərliyi altında çıxış edən Çempionlar Liqasının iştirakçısının qələbəsi ilə başlayıb. Lakin ilk setdə qalib gələn komanda sonra ardıcıl 2 hissədə uduzub.
4-cü setdə isə onlar çətinliklə hesabı bərabərləşdirməyə müvəffəq olublar – 2:2. Bununla da psixoloji üstünlük əldə edən “Azərreyl” sensasiyaya imkan verməyib və tay-brekdə “Lokomotiv”i 15:11 hesabı ilə məğlub edib.
Bu, həm də Super Liqanın 2011/2012 mövsümündə ilk oyun olub ki, qalib 5-ci setdə müəyyənləşib. Hesab isə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib: “Azərreyl” 3-cü, “Lokomotiv” 6-cı pillədəki yerini qoruyub.
6 yanvar
V tur
“LOKOMOTİV” – “AZƏRREYL” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
Hakimlər: Eldar Zülfüqarov, Rauf Hacıyev
“BAKI” – “RABİTƏ” - 0:3 (16:25, 23:25, 18:25)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurahmanzadə
“AZƏRYOLSERVİS” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:22, 25:18)
Hakimlər: Konstantin Selin, Ceyhun İsmayılov
1. Bakı 5 4 1 12-3 9
2. Rabitə 3 3 0 9-1 6
3. Azərreyl 3 3 0 9-3 6
4. Azəryolservis 4 1 3 5-9 5
5. Lokomotiv Biləcəri 5 0 5 0-15 5
6. Lokomotiv 3 1 2 5-6 4
7. İqtisadçı 3 1 2 4-7 4
Qeyd edək ki, növbəti tur yanvarın 22-də keçiriləcək.

0
0