“İqtisadçı” yeni transferlərini sifariş etdi
06.01.2012 - 17:59
“İqtisadçı” voleybol klubu yeni transferi Kristina Fernanda Ferreyranın adını CEV kubokunun sifariş ərizəsinə daxil edib. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner analoji yarışın 1/16 final mərhələsində Super Liqanın bürünc mükafatçısının heyətində debüt edə biləcək.
O, Bakı klubunda 12 nömrəli formada oynayacaq. Ferreyra məhz CEV kubokunu qazandığı “Yamamay”la matçda, özü də ilk dövrəni çıxış etdiyi İtaliyada komandamıza kömək edəcək. Bu qarşılaşma isə yanvarın 11-nə təsadüf edəcək.
Qeyd edək ki, “İqtisadçı”nın ötən ilin dekabrında heyətinə qatdığı Bolqarıstan milli komandasının üzvü Lora Kitipova da Apennin yarımadasında ilk görüşünə çıxa bilər. 20 yaşlı voleybolçu isə 17 nömrəli formanı seçib.

0
0