Həmyerlimizdən rəqib üçün “5”
09.01.2012 - 09:34
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliya A seriyasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, blokçumuzun şərəfini qoruduğu “Kariparma” “Yamamay”ı qəbul edib.
Qarşılaşma Kovalenkonun komandası üçün uğursuz olub. Onlar CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”nın rəqibinə 1:3 (21:25, 17:25, 25:21, 21:25) hesabı ilə uduzub. Kseniya bu matçda “Kariparma”ya 5 xal qazandırıb.
Qeyd edək ki, XIII turun bu qarşılaşmasından sonra “Yamamay” 1-ci pillədəki yerini qoruyub. Onların aktivində 33 xalı var. “Kariparma” isə 12 xalla 9-cu pilləyə enib.

0
0