Almaniya klubu Bakıya qalib kimi gəlir
09.01.2012 - 09:50
Almaniya klubu Bakıya qalib kimi gəlir
Azərbaycan klublarının avrokubokdakı rəqibləri yerli çempionatda növbəti turun oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Azərreyl”lə eyni qrupda yer alan “Foppapedretti” (İtaliya) və “Vakıfbank TTelekom” (Türkiyə) fərqli nəticələrə imza atıblar.

Belə ki, Berqamo təmsilçisi A seriyasında “Riso Skotti Pavia”ya 3:0 hesabı ilə qalib gəlib və 4-cü pilləyə yüksəlib. “Vakıfbank TTelekom” isə “Əczaçıbaşı” ilə qarşılaşmada məğlubiyyətə üzülüb. Onlar evdə bir setə belə həsrət qalıblar – 0:3 (20:25, 17:25, 19:25).

“Rabitə”nin Çempionlar Liqasındakı rəqibləri “Fənərbaxça” (Türkiyə) və “Myulhaus” (Fransa) isə turu qələbə ilə başa vurublar. Onlar müvafiq olaraq, “Qalatasaray” və “Bezyer”ə 3:1 hesabı ilə qalib gəliblər.

Sabah Azərbaycan çempionu ilə qarşılaşacaq Almaniya “Drezdner”i də turu qələbə ilə başa vurub. Onlar “Ştutqart”ı 3:0 (25:13, 25:10, 25:18) hesabı ilə məğlub ediblər.