“İqtisadçı” baş məşqçisini qovdu
09.01.2012 - 10:00
“İqtisadçı”  baş məşqçisini qovdu
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının cari mövsümdə ilk istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, “İqtisadçı” klubunun italiyalı baş məşqçisi Emanuele Sbano tutduğu vəzifəsindən qovulub.

Bakı təmsilçisinin çıxışı rəhbərliyi razı salmadığı üçün Sbano vətəninə yola salınıb. Onun postu müvəqqəti olaraq, köməkçi məşqçi Eldar Əliyevə tapşırılıb.

Qeyd edək ki, Sbano “İqtisadçı”nı CEV kubokunun 2, Azərbaycan Super Liqasının isə 3 oyuna çıxarıb.

Bu qarşılaşmalarda 3 qələbəsi olan mütəxəssis onlardan ikisini beynəlxalq arenada, 1-ini isə daxili çempionatda əldə edib.