Zoran Qayiç: Onlar yaxşı voleybol oynayırlar
09.01.2012 - 10:42
“Drezdner” ciddi rəqibdir. Onlar yaxşı voleybol oynayırlar. Biz buna ilk matçda - Almaniyada da şahid olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Almaniyanın “Drezdner” klubu ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. Qayiç bildirib ki, səfərdə ilk matçda qələbə qazansalar belə bu dəfə də ehtiyatı əldən verməyəcəklər: “Biz ən yaxşı oyunumuzu nümayiş etdirməliyik. Matçın favoriti olduğumuzu bilsək də, sayıqlığımızı itirməməliyik. Yəni son oyunlarda necə çıxış ediriksə, Çempionlar Liqasında da elə oynamalıyıq”.
Qeyd edək ki, “Rabitə” – “Drezdner” görüşü saat 17:00-da start götürəcək.

0
0