Kimberli Qlass: Konsentrasiyanı itirməməliyik
09.01.2012 - 11:01
Kimberli Qlass: Konsentrasiyanı itirməməliyik
“İlk matçda onlar yüksək əzmkarlıq nümayiş etdiriblər. Buna görə də biz onlara ciddi rəqib kimi yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Rabitə”nin voleybolçusu Kimberli Qlassa məxsusdur.

Amerikalı legioner komandasının növbəti oyunlarını şərh edib. O bildirib ki, sabah Çempionlar Liqasının V turunda Bakıda qəbul edəcəkləri “Drezdner”lə (Almaniya) görüşdə qələbə qazanmağa çalışacaqlar: “Biz ilk növbədə konsentrasiyanı itirməməliyik və oyundan-oyuna daha da yaxşı oynamalıyıq. Çünki hazırda mövsümün ən intensiv dövrüdür. Bütün matçlar çox vacibdir”.