“Azərbaycandan möhtəşəm təklif almışam”
09.01.2012 - 11:20
Türkiyə milli komandasının voleybolçusu Neriman Özsoy karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə idmançının özü məlumat verib.
Belə ki, 21 yaşlı Özsoy yanvarın 11-də Çempionlar Liqası çərçivəsində Kazan “Dinamo”su ilə görüşdən sonra hazırda çıxış etdiyi Polşa “Atom”undan ayrılacaq. Buna səbəb Sopot təmsilçisinin maddi cəhətdən zəifləməsidir. Komanda rəhbərliyi də maliyyə böhranını nəzərə alaraq, Rusiyadakı görüşdən sonra Nerimana azad agent statusu verəcək.
Artıq Özsoy təklif aldığı ölkələrin adlarını açıqlayıb: “Sopotda çox gözəl və əla anlar yaşadım. Klub rəhbərliyi və baş məşqçi həmişə mənə dəstək olduqları üçün onlara təşəkkürümü bildirirəm. Amma artıq klubumu dəyişməyim lazımdır. Hazırda Rusiya, Azərbaycan, Cənubi Koreya və 2 Türkiyə komandasından möhtəşəm təkliflər almışam. Bir neçə günə son qərarımı açıqlayacağam. Həmin vaxta qədər yaxşı düşünmək və ən sərfəli kluba getmək istəyirəm”.
Qeyd edək ki, Bolqarıstanda doğulan Özsoy son Avropa çempionatında “ay-ulduzlular”la bürünc medala sahib olub.

0
0