Todorov sabah Bakıya gələcək
09.01.2012 - 12:17
Todorov sabah Bakıya gələcək
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) yanvarın 10-da Bakıda keçiriləcək “Rabitə” (Azərbaycan) – “Drezdner” (Almaniya) matçına əsas hakim Ritvars Alksnisi (Latviya) təyin edib.

“Sərhədçi” Olimpiya Mərkəzində saat 17:00-da start götürəcək qarşılaşmada Krassimir Todorov (Bolqarıstan) isə köməkçi referi funksiyasını yerinə yetirəcək.

Yanvarın 12-də İtaliyada keçiriləcək “Foppapedretti” – “Azərreyl” oyununu isə yunanıstanlı hakimlər briqadası - İqor Porvazniklə Vassilis Raptis idarə edəcəklər.

Qeyd edək ki, bu matç Bakı vaxtı ilə 23:30-da başlayacaq.