II dövrə yanvarın 21-də başlayacaq
09.01.2012 - 14:48
II dövrə yanvarın 21-də başlayacaq
Kişi basketbolçular arasında Azərbaycan çempionatının II dövrəsinin başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, VI turun oyunlarına yanvarın 21-də start veriləcək.

Həmin gün BDU “Araz”la, NTL-Tudor “Qala” ilə və AZTOP “Çağ öyrətim”lə qarşılaşacaq.

Qeyd edək ki, ilk 5 turdan sonra “Araz” 10 xalla turnir cədvəlinin vahid lideridir.