“Rabitə” Almaniyada qalib gəldiyi “Dresdner”ə qarşı
09.01.2012 - 15:40
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Bakının “Rabitə” klubu “Dresdner”i (Almaniya) qəbul edəcək.
Almaniyada keçirilən ilk oyunda rəqibini məğlub edən Zoran Qayiçin yetirmələri bu dəfə də favoritdirlər. Bu matçda qalib gəlmək həm də komandamız üçün çox vacibdir. Çünki voleybolçularımızın xal itirmək limiti artıq dolduğundan, onlar məhz “quru hesablı” qələbə qazanmağa çalışacaqlar. Bu, təmsilçimizə qrupda layiqli yer tutmasına da kömək edə bilər. Təbii ki, “Rabitə” qarşıdakı 2 turda qalib gələrsə, “Fənərbaxça”nın xal itirərsə, bakılılar yenidən birinci pilləyə yüksələcək.
Bundan əlavə, “Rabitə” ötən mövsüm debüt etdiyi Çempionlar Liqasında Bakıda hələ uduzmayıb. Bu da Azərbaycanın ən güclüsü üçün əlavə üstünlük hesab olunur və “Dresdner”lə oyunda asanlıqla qalib gəlmək gücündədir.
Lakin “Dresdner”in də “Sərhədçi” Olimpiya Mərkəzində bütün gücünü səfərbər edəcəyi istisna olunmur. Belə ki, son turda Fransa “Myulhaus”una uduzan almanlar növbəti mərhələ üçün ilk “üçlük”də yer almağı qarşısına məqsəd qoyub. Bunun üçün onlar evdə 0:3 hesabı ilə uduzmalarına baxmayaraq, Bakıda daha inamlı oynayacaqları gözlənilir.
V tur
10 yanvar
17:00. “RABİTƏ” (AZƏRBAYCAN) – “DRESDNER” (ALMANİYA)
Hakimlər: Ritvars Alksnis (Latviya), Krassimir Todorov (Bolqarıstan)
“Sərhədçi” Olimpiya Mərkəzi
11 yanvar
21:30. “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) – “MYULHAUS” (FRANSA)
Qeyd edək ki, bu görüş “Rabitə”nin qrup mərhələsi çərçivəsində Bakıda son matçıdır.

Fənərbaxça | 4 | 3 | 1 | 10-3 | 318-280 | 9 |
---|---|---|---|---|---|---|
Rabitə | 4 | 3 | 1 | 9-4 | 317-279 | 9 |
Myulhaus | 3 | 1 | 2 | 3-7 | 196-240 | 3 |
Dresdner | 3 | 0 | 3 | 1-9 | 208-240 | 0 |

0
0