“İqtisadçı” baş məşqçi problemini həll etdi - FOTO
10.01.2012 - 00:12
“İqtisadçı” baş məşqçi problemini həll etdi - FOTO
“İqtisadçı” voleybol klubunu CEV kubokunun 1/8 final mərhələsində meydana çıxacaq mütəxəssisin adı açıqlanıb. Komandadan apasport.az saytına verilən məlumata görə, baş məşqçi Emanule Sbano ilə vidalaşan Super Liqanın bürünc mükafatçısını İtaliya “Yamamay”ı ilə hər 2 oyuna Eldar Əliyev çıxaracaq.

Bu matçlardan sonra sabiq beynəlxalq dərəcəli ədalət təmsilçisinin rəsmən “İqtisadçı”ya baş məşqçi təyin ediləcəyi də istisna edilmir. Çünki klub rəhbərliyi yerli mütəxəssislə çalışmaq arzusundadır.

Qeyd edək ki, Əliyev son 2 ildə “İqtisadçı” klubunda Rəşad Yazıçıoğulları, Jan de Brant və Sbanonun köməkçisi olub. O, hətta əvvəlki ilk 2 məşqçinin gedişindən sonra komandanı oyunlara çıxarıb. “Yamamay”la ilk matç isə yanvarın 11-də İtaliyada olacaq.